Azyaşlılara tütün məmulatı satan şəxslər cərimələndi

Azyaşlılara tütün məmulatı satan şəxslər cərimələndi
13:07 03-12-2019 | icon 67

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib.

milletinsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. 

Bildirilir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Qeyd edək ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.