Əcnəbilər Bakıda maşında yatdılar, oyananda soyulduqları məlum oldu

Əcnəbilər Bakıda maşında yatdılar, oyananda soyulduqları məlum oldu
12:42 03-12-2019 | icon 32

Türkiyə vətəndaşları Bakıda qarət olunub.

milletinsesi.info xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Deveçi Kadrı Nechat oğlu gecə saat 01:30 radələrində idarə etdiyi “DUUF” yük avtomobilini dayanacaqda saxlayaraq, dostu Yaşar Akdenizlə maşında yatıb.

Onlar səhər yuxudan oyananda özlərinə məxsus “Samsung A 20” və “Samsung S 6” markalı mobil telefonlarının avtomobildən oğurlandığını görüblər.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva