BDU-nun daha iki tələbəsi xəstəxanaya yerləşdirildi

BDU-nun daha iki tələbəsi xəstəxanaya yerləşdirildi
11:35 03-12-2019 | icon 49

Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbənin vəziyyəti pisləşib. Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Yasamal ryonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı 1 saylı Kliniki Tibbi Mərkzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.