ABŞ-ın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

ABŞ-ın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
10:21 03-12-2019 | icon 54

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter sidik yolları infeksiyası ilə xəstəxanaya çatdırılıb.

milletinsesi.info xəbər verir ki, bu barədə Karter Mərkəzinin saytı informasiya yayıb.

Məlumata görə, keçmiş prezident Corciya ştatında yerləşən “Phoebe Sumter” tibbi mərkəzinə aparılıb.

Xəstəxanadan Karterin özünü qənaətbəxş hiss etdiyi və müəyyən prosedurlardan sonra evə buraxılacağı bildirilib.