SOCAR-a yeni vitse-prezident təyin edildi

SOCAR-a yeni vitse-prezident təyin edildi
09:28 03-12-2019 | icon 6357

SOCAR-ın Prezidenti Rövnəq Abdullayevə yeni vitse-prezident təyin edilib.

milletinsesi.info-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Qeyd edək ki, D.İskəndərov “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.