Braziliya prezidentinə sui-qəsd hazırlayan şəxs tutuldu

Braziliya prezidentinə sui-qəsd hazırlayan şəxs tutuldu
04:42 03-12-2019 | icon 30

Braziliya polisi ölkə prezidenti Jair Bolsonaruya hücum etməyə hazırlaşan şəxsi yaxalayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları bildirib.

Təqsirləndirilən şəxs, Bolsonarunun silahlı qüvvələrin çavuş hazırlayan məktəbinə səfəri zamanı saxlanılıb. Prezidentə hücum hazırlığında ittiham olunan şəxs bu müəssisədə işləyib.

Saxlanılan şəxs 3 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilə bilər.