Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar içində hamilə qadın da var - YENİLƏNİB + FOTO

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar içində hamilə qadın da var - YENİLƏNİB + FOTO
00:14 03-12-2019 | icon 78

İlkin məlumata görə, qəzaya səbəb Naqutin Aleksandrın sərxoş halda və yüksək sürətlə idarə etdiyi 10-MD-081 dövlət nişanlı nişanlı “BMW” markalı avtomobilin sürət həddini aşması olub.

Məlumata görə, sözügedən avtomobilin sürücüsü metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq qarşı yola keçib. Nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan 99-FE-712 dövlət nömrə nişanlı “BMW” və “Opel” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisədən sonra prospektin hər iki istiqamətində tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb. YPX əməkdaşları tənzimləmə işləri aparıb. Qəza zamanı hər iki “BMW” markalı avtomobilin sürücüləri və eləcə də sərnişinlər, hamilə vəziyyətdə olan Marina adlı xanım, Teymur Quliyev və Elvin Niftəliyev xəsarət alıblar.

23:10

Binəqədi rayonunda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində, metronun “20 Yanvar” stansiyası istiqamətində qeydə alınıb.

Qəza zamanı 2 ədəd “BMW” və 1 “Opel” markalı avtomobil toqquşub. Ağır qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir. Hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin benzini yola dağılıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadası və DYP əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.