“Yuventus” “Milan”ı məğlub edib – Ronaldu əvəzləndi

“Yuventus” “Milan”ı məğlub edib – Ronaldu əvəzləndi
03:42 11-11-2019 | icon 40

Futbol üzrə İtaliya Çempionatının XII turunun mərkəzi görüşü “Yuventus” və “Milan” komandaları arasında baş tutub.

Turindəki “Alyans Stadium”da keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Beləliklə də, “İnteri” bir xalla üstələyərək “Yuventus” yenidən İtaliya Çempionatının birinci pilləsinə yüksəlib.

Turinlilər üçün qələbə qolunun müəllifi argentinalı Dibala oldu. O, meydana 55-ci dəqiqədə Kriştianu Ronaldunun yerinə daxil olub və 77-ci dəqiqədə oyunun yerinə qolunu vurub.

Qeyd edək ki, Kriştianu əvəz ediləndə “Yuventus”un məşqçisi Sarrinin əlini sıxmadan birbaşa soyunma otağına yollanıb.