“Liverpul”dan “Mançester Siti”yə 3 qol - VİDEO

“Liverpul”dan “Mançester Siti”yə 3 qol - VİDEO
00:56 11-11-2019 | icon 36

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.  

milletinsesi.info xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. 

Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib.  

Lider son çempionla oyunda da inamlı qələbəyə sevinib – 3:1. 

İngiltərə Premyer Liqası 

12-ci tur 

“Liverpul” - “Maçester Siti” - 3:1 

Qollar: Fabinyo, 6. Salah, 13. Mane, 51 – B.Silva, 78.