İmişlidə iki avtomobil toqquşdu, bir nəfər yaralandı

İmişlidə iki avtomobil toqquşdu, bir nəfər yaralandı
22:56 10-11-2019 | icon 33

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.  

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında İmişli şəhəri H.Əliyev prospektində qeydə alınıb.  

“VAZ-2106” markalı avtomobil digər minik maşını ilə toqquşub.  

Qəza nəticəsində İmişli şəhəri, Mehdi Hüseyn küçəsində yaşayan 1993-cü il təvəllüdlü Sultanlı Namiq Adil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Xəstəxanaya çatdırılan N.Sultanlı ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.  

Faktla bağlı araşdırma aparılır.