Əkbər Hacıyevin “Azəriqaz”da 80 min civarında aylıq icarə haqqı verdiyi naməlum kimdir?

Əkbər Hacıyevin “Azəriqaz”da 80 min civarında aylıq icarə haqqı verdiyi naməlum kimdir?
07:36 10-11-2019 | icon 10497

Nazirlər Kabinetinin toplantılarının birində prezident İlham Əliyev “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid etmişdi. Cənab Prezident məlum toplantıda qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də işlər aparıldığnı bildirmişdi və əlavə etmişdi ki,

“Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin.

Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

Ölkə başçısının hamıya məlum bu iradından sonra  Respublika Hesablama Palatası “Azəriqaz”da yoxlamalara başlamışdı. Amma çox keçmədi Palata yoxlamanı dayandırmalı oldu və hələ də bu yoxlamanın dayandırılmasının hansı zərurətdən yarandığına aydınlıq gətirilmədi. Bütün bunlar artıq geridə qalıb.

Bu gün “Azəriqaz” İstehsalat Birliyində nələrin baş verdiyini  anlamaq çox çətindir. Ölkə başçısı İlham Əliyev cənablarının Birliyin direktoruna tutduğu iradlara baxmayaraq köhnə şakərini davam etdirdiyindən ARDNŞ rəhbərliyi tərəfindən Əkbər Hacıyev başqa işə keçirildi.

Bu gün Əkbər Hacıyevin başqa bir işə keçirilməsi ətrafında aparılan müzakirələrin mövzusu onun yarıtmaz fəaliyyəti ilə bağlıdır. Bir neçə il öncə Əkbər Hacıyevin “Azəriqaz” İstehsalat Birliyində apardığı struktur dəyişklikləri birliyə nələr verdi? Bunu iqtisadçılar araşdırsalar daha yaxşı olardı. Əkbər Hacıyevin bu struktur dəyişikliklərindən dövlətə vurduğu ziyanla əldə etdiyi gəlirlər arasında fərq isə heç müqayisə olunası deyil.

Məlum olduğu kimi 2015-ci ildə Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradıldı. Yaradılmış digər bir departament isə Qaz Ölçü Qurğularına Xidmət Departamenti adlanır. Sözügedən üçüncü departamenin bu gün nə işlə məşğul olmasının özü sual altındadır.

 Qaz Ölçü Qurğularına Xidmət Departamentindən verilən məlumatlara görə yarandıqda struktur islahatları nəticəsində ləğv edilmiş Bakı şəhəri Nizami rayon Qaz İstismar İdarəsinin inzibati binasında yerləşib. Lakin sonradan Departamentin inzibatı binası elə Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun yanında Ə.Nəvai – Oqtay Vəliyev küç.ələri ilə kəsişmədə icarəyə yeni ofis binası götürməli olub. Bu zərurət haradan yaranıb, onu Əkbər Hacıyevlə digər rəsmi şəxslər daha yaxşı bilər. Amma zərurət olmadığı halda ayda 80 min manat civarında dövlət vəsaitini icarə haqqı vermək nə dərəcədə qanunauyğun,yaxud da məqsədəuyğun bir haldır.

İldə bir milyondan çox dövlət vəsaitini icarə haqqı kimi verən Qaz Ölçü Qurğularına Xidmət Departamenti bəs görəsən dövlət büdcəsinə ildə nə qədər vəsait daxil edir? Əslində bu dövlət büdcəsini göyə sovurmaq,israf etməkdən başqa bir şey deyil. Həmin vəsaitə Departamentə yeni inzibati bina tikdirmək daha ucuz başa gəlməzmi? Amma Əkbər Hacıyev inzibati bina tikdirməkdənsə icarə haqqı verməyi daha məqsədəuyğun hesab edərək dörd il dövlət vəsaitinin israf olunmasna yol verib. Maraqlıdır görəsən ayda 80 min manat civarında icarə haqqı kimə odənilib?

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Azəriqaz”ın sözügedən departamenti icarətə götürdüyü inzibatı bina vaxtı ilə Neft Emalı Zavodunun Kislorod Zavoduna məxsus olub. Bir neçə il öncə zavodun ərazisu naməlum şəxslər tərəfindən özəlləşdirilib.

Qeyd edək ki, 5 hektara yaxın sahəsi olan zavodun ərazisində hazırada “My Avto servis” də fəaliyyət göstərir. Bu avtoservis məlumatlara görə təkcə vətəndaşlara deyil həm də neft şirkətinin balansında olan ağır tonnajlı xüsusi texnikaların təmirini həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə Dövlət Neft Şirkəti il ərzində avtomobillərə göstərdiyi xidmətlərə görə “My Avto servisi”in hesabına milyonlarla pul köçürür.

Aktualinfo.org  Vergilər Nazirliyinin Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları araşdırdıqdan sonra  “MY Auto Servise” məhdud Məsuliyyətli Cəmiyyətin Vergilər Nazirliyi, Bakı şəhər Lokal Gəlirləri Baş idarəsində İlqar Muradxan Fərəci Nurəddin oğlunun adına qeydiyyatdan keçdiyini öyrənivb. Nizamnamə Kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisinin formal olaraq qeyd olunduğu, hüquqi ünvanı Xətai rayonu Sabit Orucov küçəsində yerləşdiyi göstərilir.

“MY Auto SERVİSE” MMC-nin başqa biri də  2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçib. Bu MMC -nin hüquqi ünvanı isə Sumqayıt şəhəri Bədəlbəyli küçəsində yerləşdiyi göstərilir. Qanuni təmsilçisi Tərlan Alması Mirəhməd oğlumu olması barədə məlumatlar olsa da nizamnamə kapitalının 200 manat olduğu göstərilən bu MMC-nin də naməlum,sirli bir əllər tərəfindən idarə olunduğu bildirilir.

Bu bizlərə naməlum şəxsin kimliyini isə məlumatlara görə Əkbər Hacıyev çox yaxşı tanıyır. Mövzu ətrafında araşdırmalarımızı davam etdiririk. Bizi izləyin.

Mənbə Aktualinfo.org