Boliviyada dövlət radiostansiyası və televiziya kanalı ələ keçirildi

Boliviyada dövlət radiostansiyası və televiziya kanalı ələ keçirildi
05:42 10-11-2019 | icon 29

Boliviyada etirazlar zamanı müxalifət tərəfdarları “Patria Nueva” (RPN) dövlət radiostansiyası və “Bolivia TV” (BTV) dövlət telekanalını ələ keçiriblər. 

Bu barədə RİA “Novosti” xəbər verir.

“Patria Nueva”nın direktoru İvan Maldonado etirazçıların öncə radiostansiyasının binasını mühaldıqlarınıasirəyə bildirib.

O, həmçinin qeyd edib ki, etirazçılar jurnalistləri iki saat ərzində saxlayıb və KİV işini dayandırmayacağı təqdirdə, avadanlıqları sındıracaqları ilə hədələyiblər. Nəticədə, radiostansiyasının əməkdaşları iş yerlərini tərk etməli olublar.

“Pagina Siete” nəşrinin məlumatına əsasən, 380-dən çox insan Boliviyada hazırkı prezident Evo Moralesin prezident seçkisində qələbəsindən sonra başlayan və indiyə qədər davam edən etiraz aksiyarında 380-dən çox insan xəsarət alıb. Onun əsas rəqibi Karlos Mesa hesablamanın nəticələrini tanımayıb.