Traktorla VAZ-ın qəzasında sürücülər xəstəxanalıq oldu

Traktorla VAZ-ın qəzasında sürücülər xəstəxanalıq oldu
02:00 10-11-2019 | icon 25

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.  

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.  

Qaranuru kənd sakini, 1984-cü il təvəllüdlü Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktor “VAZ-21011” markalı avtomobillə toqquşub.  

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan traktorun sürücüsü və 1990-cı il təvəllüdlü Bağırov Nemət Mübariz oğlu Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.