Çavuşoğlu: Soyqırımı Xocalıdakıdır, niyə bunu görməzdən gəlirsiniz?

Çavuşoğlu: Soyqırımı Xocalıdakıdır, niyə bunu görməzdən gəlirsiniz?
23:28 09-11-2019 | icon 39

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının 24-cü nazirlər toplantısında Azərbaycana qarşı ikili standartlardan, Xocalı soyqırımından danışıb.

milletinsesi.info-ın xəbərinə görə, nazir bir jurnalistin ABŞ Senatında Nümayəndələr Palatasının qondarma “soyqırımı” ilə qəbul etdiyi qərarla bağlı sualını cavablandırarkən deyib ki, hər mövzuda olduğu kimi, bu məsələdə də ikili standartlar hökm sürür:

“Azərbaycan torpaqlarında yaşanan soyqırımı aktını Türkiyədən başqa heç kim gündəmə gətirmir. Əgər bu gün soyqırımından danışırıqsa, yaxın tarixdə Xocalıda yaşanan soyqırımıdır. Çünki orada ermənilər Xocalıdakı bütün azərbaycanlı qardaşlarımızı “təmizləmək” istədilər. Hələ də itkin insanlar var.

Qaçanlar canlarını qurtara bildi, amma qalan hər kəsi vəhşicəsinə qətlə yetirdilər. 613 azərbaycanlı qardaşımızdan söhbət gedir. 106 qadın və 183 uşağın qafatasını, yəni dərilərini üzəcək qədər vəhşicəsinə öldürdülər.

Etnik təmizləmə, soyqırımı buna deyilir. Niyə bunları görməzdən gəlirsiniz?”