“Triz Metodika – İnnovativ Uşaq  Klubu”Fotolar

“Triz Metodika – İnnovativ Uşaq  Klubu” – Fotolar
17:29 09-11-2019 | icon 3116

Bakıda ABŞ-ın "USAİD" Agentliyinin təşkilatçılığı ilə  “Triz Metodika – İnnovativ Uşaq  Klubu” yaradılıb. Missiyamız uşaqlarda qeyri-standart, innovativ düşüncəni inkişaf etdirməkdir.

Uşaqlarınızın kreativ inkişafına dəstək verən innovativ xarakterli bu kurslar "Triz Pedaqogika" və "Emosional İntellekt" istiqamətindədir. Bundan əlavə "Uşaqların Ümumi inkişafı" və "Məktəbə hazırlıq" kursları da fəaliyyət göstərir. Kurslar əsasən 3-8 yaşlı uşaqları əhatə edəcəkdir. 

Valideynin istəyindən asılı olaraq böyük yaş qrupları da olar. Kurslarda uşaqlara XXI əsrin əsas səriştələri olan kreativlik, yaradıcı təfəkkür, emosiyaların idarə edilməsi kimi mühüm bacarıq və vərdişlər aşılanacaq. Belə kurslar dünyanın bir çox ölkələrində çox geniş yayılmışdır.

Triz Pedaqogika nədir?

Triz Pedaqogiya  80-cı illərdə formalaşmış elmi pedaqoji istiqamətdir. Onun əsasını  G.S.Asltşullerin yaratdığı  TRİZ nəzəriyyəsi təşkil edir. Bu gün  dünyada  çox  geniş  tətbiq  edilən bu  nəzəriyyə 50 il  əvvəl  Bakı şəhərində  yaradılmışdır.

TRİZ  PEDAQOGİKA-nın  məqsədi   müxtəlif  fəaliyyət sahələrindən olan   mürəkkəb  problemlərin  həllinə  imkan verə bilən   güclü təfəkkür formalaşdırmaq, yaradıcı  şəxsiyyət  tərbiyə etməkdir. 

Bu  işə  erkən yaşlardan başlamaq  lazımdır.  Problemli təlim   vasitələrindən fərqli olaraq  TRİZ  dünya  təcrübəsində  mövcud olan   ixtira  məsələlərinin həll  metodlarını  ümumiləşdirərək, güclü  metodologiya və  alqoritmlər yaratmışdır.

Dünyanın  bir çox  ölkələrinin  təhsil  müəssisələrində (uşaq  bağçasından başlayaraq  universitetlərə  qədər)  – TRİZ   tədris edilir. Biz də  Bakı  şəhərinin kiçik yaşlı  uşaqlarına  TRİZ-i öyrətmək istəyirik .

Emosional  intellekt  nədir? 

Emosional   (sosial, ictimai)   intellekt (Eİ)  insanın emosiyalarını,  özünün və başqalarının  məqsəd, motiv  və istəyini  dərk etməsi, praktik məsələlərin həlli məqsədi  ilə özünün və ətrafındakıların emosiyalarını idarə etməsidir. Eİ çevik vərdişlərə aiddir.

İntellektual  testlər  çox  vaxt  insanın həyatda  və  karyerada  yüksəlişini  düzgün poqnozlaşdıra  bilmir,   buna  reaksiya olaraq  Eİ anlayışı yaranmışdır. Eİ izah edir ki,  uğurlu  insanlar  digərləri ilə emosional  əlaqələr  əsasında  səmərəli  münasibətlər  qurur,  öz  emosiyalarını  effektiv idarə edir,  amma  ənənəvi  intellekt  anlayışı  bu  aspektləri  nəzərə almır və İQ testlər  bu qabiliyyətləri  qiymətləndirə bilmir.

 

Ünvan:

Bakı ş,  Ceyhun Hacıbəyli 28 C

(“DOSTLUQ”  kinoteatrının  arxasında).

Əlaqə nömrəsi: 055-813-07-77, 

e-mail: [email protected]