Blumberq qeydiyyatdan keçdi – Daha bir miyarder ABŞ prezidenti olmaq istədi

Blumberq qeydiyyatdan keçdi – Daha bir miyarder ABŞ prezidenti olmaq istədi
05:14 09-11-2019 | icon 42

Nyu-Yorkun sabiq meri milyarder Maykl Blumberq Demokrat Partiyasından ABŞ prezidentliyinə namizədliyini qeydiyyatdan keçirib.

Bu barədə RİA “Novosti” məlumat verir.

Qeyd edilir ki, Blumberq 2020-ci il 3 mart tarixində Alabama ştatında praymerizdə iştirak edəcək.

Amerika mediasında dəfələrlə bildirilib ki, Blumberqi hazırkı prezidentliyə namizədlərin Donald Trampın yenidən prezident seçilməsinə mane ola bilməməsi narahat edir.

Maykl Blumberq sahibkar və Nyu-Yorkun 108-ci meridir. “Forbes”in versiyasına görə dünyanın ən zəngin insanları sırasına daxildir. O, həmçinin “Bloomberg” informasiya agentliyinin təsisçisi və sahibidir.