İlin ən yaxşı maşinistinə pul mükafatı veriləcək

İlin ən yaxşı maşinistinə pul mükafatı veriləcək
15:21 08-11-2019 | icon 23

“Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən “İlin maşinisti” müsabiqəsinin builki qalibi müəyyən edilib. 

milletinsesi.info xəbər verir ki, bu ada hərəkət qatarlarının istismarı üzrə iş departamentinin qatar sürücüsü, 3-cü dərəcəli maşinist Hüseyn Hüseynov layiq görülüb.

H.Hüseynov 22 ilə yaxındır ki, metropolitendə çalışır. 

Qeyd edək ki, H.Hüseynov metropolitendə ilk əmək fəaliyyətinə 20 yaşında “Nərimanov” deposunun qaldırma təmiri sexində 1-ci dərəcəli elektrik çilingəri kimi başlayıb. İlin maşinisti ənənəvi müsabiqənin qalibi müəyyənləşdirilərkən, münsiflər heyəti yekdilliklə H.Hüseynova səs verib. Qalib maşinistə minimum əmək haqqının 10 misli miqdarında birdəfəlik pul mükafatı ödəniləcək.