Bakıda avtomobil 36 yaşlı qadını vuraraq qaçıb

Bakıda avtomobil 36 yaşlı qadını vuraraq qaçıb
00:00 08-11-2019 | icon 49

Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Köhnə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, “Bizim market”in yaxınlığında minik avtomobili yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Əliyeva Ramilə İsrail qızını vurub.

Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona dizin əzilmiş yarası və bədənin küt travması diaqnozu qoyulub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.