Ağcəbədi sakini dostunu qətlə yetirib

Ağcəbədi sakini dostunu qətlə yetirib
21:49 07-11-2019 | icon 56

Ağcəbədi rayonunda qətl hadisəsi baş verib.

milletinsesi.info-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini Cavid Quliyev ad günü məclisində dostu Kərim Sultanovu bıçaqlayıb.

Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.