Bakı şəhərində küçə ticarətinə kimlər və niyə icazə verir?

Bakı şəhərində küçə ticarətinə kimlər və niyə icazə verir?
12:39 14-10-2019 | icon 585

Ölkə Prezidenti Bakı şəhərində küçə ticarətini qadağan etdiyi halda, Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Abbas Mirzə Şərifzadə küçəsində küçə ticarətinə icazə verib.

Küçə ticarətilə məşğul olan, özünü Sabirabad rayon sakini kimi təqdim edən şəxsin dediyinə görə, onların küçə ticarəti ilə məşğul olmalarına Yasamal rayon icra hakimiyyətinin Ağalar adlı əməkdaşı, Yasamal Rayon Polis şöbəsi, Bakı şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları aylıq haqq alaraq, razılıq veriblər.

Hazırda Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində iki üstü palatkalı QAZEL maşın küçədə, yəni maşınların hərəkət zolağında dayanıb, meyvə-tərəvəz, bağ-bostan məhsullarının satışı ilə məşğuldur.

Ölkə Prezidentinin göstərişini pozub, küçə ticarətindən qazanc məqsədilə istfadə edilməsi qəti şəkildə yolverilməzdir və bu, küçə hərəkətinin təhlükəsizliyinin ciddi şəkildə pozulması və vətəndaşların həyatının risk altina atılmasıdır.

Bakının Xətai rayonu ərazisində də, Yusif Səfərov küçəsi 12 ünvanında vəziyyət ürək açan deyil. Həmin küçədə satıcılar satdıqları məhsulları yerə, torpağın üstünə düzüb, antisanitariya şəraitində, Market qiymətlərindən də baha qiymətə əlinə keçən məhsuları satırlar. Buna etiraz edən də isə satıcılar deyirlər ki, biz aidiyyəti qurumların lazımlı adamlarına haqq veririk.

Əslində, küçə ticarəti normal şəkildə, qanunla normal yeri müəyyən olunmalıdır. Amma Bakı şəhəri ərzisində istənilən adam küçənin ortasında maşınların hərəkət zolağında küçə ticarəti ilə məşğul ola bilməz, maşınların hərəkəti, alıcının, satıcının həyatı tam təhlükə altında olmamalıdır.

P.S. Məsələ ilə bağlı qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

MillətinSəsi.info

kuce ticareti3kuce ticareti1kuce ticareti2




0.44083309173584