Tramp Culianini müdafiə etdi

Tramp Culianini müdafiə etdi
02:30 13-10-2019 | icon 25

ABŞ prezidenti Donald Tramp vəkili Rudolf Culianini müdafiə edib. Bununla bağlı o özünün “Twitter” səhifəsində post yerləşdirib.

“Beləliklə, indi də onlar (demokratlar – red.) əfsanəvi “kriminal dağıdıcısı” və Nyu-Yorkun tarixində ən görkəmli merini təqib edirlər. Bəzən o, kobud görünə bilər, lakin o, gözəl insan və əla vəkildir.

ABŞ-da bax belə birtərəfli “ifritələr ovu” aparılır ”, - deyə Tramp yazıb.

Xatırladaq ki, ABŞ prokurorluğu vəkilə qarşı araşdırmalara başlayıb. Onun ABŞ səfiri Mari Yovanoviçin istefasında əli olduğu düşünülür.