İşləmək adı ilə evdən çıxdı, geri dönmədi

İşləmək adı ilə evdən çıxdı, geri dönmədi
11:15 12-10-2019 | icon 35

Daşkəsən rayonunda işləmək adı ilə evdən çıxan 45 yaşlı kişi itkin düşüb.

milletinsesi.info-ın məlumatına görə, rayonun Tapan kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Rövşən İlyas oğlu bir həftə əvvəl evdən işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə Daşkəsən RPŞ-yə onun həyat yoldaşı Südabə Abbasova ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.