Azarkeşlər polisə butulka atdılar – Cavabı qumbara ilə aldılar

Azarkeşlər polisə butulka atdılar – Cavabı qumbara ilə aldılar
09:00 12-10-2019 | icon 32

Praqada  2020-ci il Avropa çempionatının seçmə mərhələsinin Çexiya-İngiltərə oyunundan bir gün öncə britaniyalı azarkeşlərlə yerli polis arasında toqquşma olub.

BBC-nin verdiyi məlumata əsasən, yerli vaxtla saat 19:00-a yaxın Köhnə şəhərin meydanında ingilis azarkeşlər hakimiyyət nümayəndələrinə butulka atmağa başlayıblar. Qarşılığında isə polis qulaqbatırıcı qumbaralarla cavab verib. Nəticədə, hüquq-mühafizə orqanlarının nümayəndələri 10-a yaxın insanı yerə uzanmağa məcbur edib. 

Ümumilikdə, polis 14-ü ingilis olmaqla 31 azarkeşi həbs edib.