BŞBPİ: AXCP üzvünün polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur

BŞBPİ: AXCP üzvünün polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur
17:35 11-10-2019 | icon 33

Qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur.

Bu barədə milletinsesi.info-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, T.Məmmədov əvvəllər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) maddəsi ilə məhkum olunan, həmçinin, Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.

Məlumatda vurğulanıb ki, o, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb:

“Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da, o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir”.