Bakıda uşaq itkin düşdü

Bakıda uşaq itkin düşdü
17:15 11-10-2019 | icon 22

Bakının Binəqədi rayonunda 11 yaşlı uşaq itkin düşüb.

milletinsesi.info-ın məlumatına görə, oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşayan 2008-ci il təvəllüdlü F.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.