Dünyada ilk dəfə açıq kosmosa çıxmış şəxs öldü

Dünyada ilk dəfə açıq kosmosa çıxmış şəxs öldü
17:05 11-10-2019 | icon 35

İlk dəfə kosmosa çıxan Sovet kosmonavtı Aleksey Leonov 85 yaşında ölüb.

“RİA Novosti” xəbər verir ki, onun ölümü ilə bağlı məlumat Kosmonavt Tədris Mərkəzi tərəfindən təsdiqlənib.

Aleksey Leonov 30 may 1934-cü ildə Qərbi Sibir ərazisinin (indiki Kemerovo bölgəsi) Listvyanka kəndində anadan olub.

O, 11-ci Sovet kosmonavtı idi. 1965-ci ildə dünyada kosmosa çıxan ilk insan məhz Aleksey Leonov olub. 1975-ci ildə o, ilk birgə kosmik uçuşda, “Soyuz-19” və “Apollon”da iştirak edib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olub.