210 min manatlıq dələduzluqda ittiham edilən qadın niyə həbs edilmədi?

210 min manatlıq dələduzluqda ittiham edilən qadın niyə həbs edilmədi?
15:59 11-10-2019 | icon 446

Bakıda iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilən qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Rühəngiz Cəfərovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Ruhəngiz Cəfərova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ruhəngiz Cəfərovanın himayəsində 9 yaşlı övladı olduğu üçün hökmün icrası təxirə salınıb. Onun övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq.

İttihama görə, Ruhəngiz Cəfərova Rövşən Quliyevdən 162 min manat pul alıb. Bunun qarşılığında isə Rövşən Quliyevin həbsdə olan qardaşının işini həll edərək azadlığa çıxaracaqmış. Amma vədinə əməl etməyib.

Cəfərova digər dələduzluğy Mahirə Quliyevaya qarşı edib. Ondan da iş görmək adı ilə 50 min manat pul alıb.

Hökmdə göstərilib ki, R.Cəfərova zərərçəkənlərdən Mahirə Quliyevanın pulunu qaytarıb, amma digər zərərçəkmişə pul qaytarılmayıb.

Məhkəmədə iştirak edən Rövşən Quliyev bu hökmdən narazı qalıb.

Qeyd edək ki, Ruhəngiz Cəfərovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzkuq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.