“Niva” ilə VAZ toqquşdu: yaralı var - FOTO

“Niva” ilə VAZ toqquşdu: yaralı var - FOTO
12:05 11-10-2019 | icon 23

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə yolunun Alpout kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ-21011” markalı maşınla “Niva” toqquşub. 

Nəticədə, rayonun Ləki kənd sakini, 1951-ci il təvəllüdlü Qarayev Vəkil Rəsul oğlu müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.