Dima Bilan “Eurovision-2020”də iştirak etmək eşqinə düşüb - VİDEO

Dima Bilan “Eurovision-2020”də iştirak etmək eşqinə düşüb - VİDEO
02:55 11-10-2019 | icon 22

“Alena, lənətə gəlin!” Tok-şousunun ilk buraxılışının qonağı 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsində Rusiyaya qələbə qazandıran müğənni Dima Bilan olub. Dima verlişdə müsabiqədə yenidən iştirak edə biləcəyindən bəhs edib. Gələn may, “Eurovision” Hollandiyanın Rotterdam şəhərində keçiriləcək.

milletinsesi.info xəbər verir ki, sözügedən proqramın aparıcısı, jurnalist Alyona Jigalovanın, Rusiyanın hər il "ən yaxşı musiqi güclərini" göndərərək, 11 il ərzində yenidən qalibiyyət əldə etmədiyinin səbəbləri haqqında sualına cavab verən Dima, qələbəni "bir çox amillərin birləşməsi" ilə əlaqələndirib.

“Bu müsabiqə rus ruletka kimidir. Orada hər şey üst-üstə düşməlidir”!

Bilan “Eurovision”daki  Sergey Lazarevin çıxışını “mükəmməl” kimi qiymətləndirdi. Sənətçinin fikrincə keçən il yarışmaya sevgi balladısı əvəzinə “rəqs” və hətta “aşağı səviyyəli musiqi” göndərilməsinin təraftarı olduğunu söyləyib. 

Bilan onu da vurğulayıb ki, Rusiyadan “Eurovision” iştirakçısını seçmək üçün xalq səsverməsi tətbiq olunmalıdır. Əgər xalq səsverməsini nəzərə alsaq, görəsən üçüncü dəfə bu yarışmaya getməyimin bir həddi varmı? Bilan bu cümlə ilə bu fikri ictimaiyyətə “mesaj” kimi çatdırdığı bildirmiş olub.

Qeyd edək ki, 2006-cı ildə Dima Bilan Rusiyanı Eurovision-da “Never Let You Go” mahnısı ilə təqdim etsədə qalibiyyətdən onu bir pillə ayırıb. 2008-ci ildə yenidən yarışmaya qatılan sənətçi “Believe” mahnısını ifa edərək birinci yeri qazanıb. Bu isə Rusiyanın “Eurovision” dakı yeganə qələbəsidir.

Rəşad Əliyev