Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur

Ceyhun Bayramov: Bir sıra məktəblərdə sıxlıq müşahidə olunur
12:20 10-10-2019 | icon 32

Təhsil naziri Ceyhun Bayramov bəzi məktəblərdə müşahidə olunan şagird sıxlığı məsələsinə aydınlıq gətirib.

milletinsesi.info-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur:

“Bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğun həyata keçirilir. Ancaq bəzi ərazilərdə və yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın daxili miqrasiya məsələlərindən irəli gələrək bir sıra məktəblərdə sıxlıq müşahidə olunur”.

Nazir qeyd edib ki, bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur:

“Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.