“Nizami” metrostansiyası təmirə bağlanacaq - ÖZƏL

“Nizami” metrostansiyası təmirə bağlanacaq - ÖZƏL
13:05 12-09-2019 | icon 77

Daha bir stansiyanın təmirə bağlanması gözlənilir. Bu barədə milletinsesi.info-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, gələcəkdə “Nizami” metrostansiyasında təmir-bərpa işləri aparılacaq:

“Növbəti təmir işlərinin 2026-cı ildə “Nizami” stansiyasında olacağı gözlənilir. Stansiyada zəruri olan bütün infrastrukturlar yenilənəcək. Stansiyada bir sıra yüngül tədbirlər görülüb, platformada, eləcə də, divarlarda orijinallığı qorumaqla Nizaminin əsərləri üzərində işlər aparılıb. 

Lakin eskalatorların istismar müddəti bitmədiyi üçün təmir işləri hələ başlanmayıb. Hazırda sərnişinlərin ixtiyarında olan eskalatorların istismar müddəti 2026-da bitdiyi və stansiya bir giriş-çıxışlı olduğu üçün, təmir işləri başa çatana qədər stansiya bağlana bilər”.

O bildirib ki, Şərti adı “B3” olan stansiyasının tikintisi ilə bağlı tamamlanma işləri aparılır.

O bildirib ki, şərti adı “B3” olan stansiyada tikintisində tamamlanma işləri davam edir:

“Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda tamamlanma işləri aparılır.

Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər daha başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər”. 

Bundan başqa, “Bakı Metropoliteni” QSC gələn il yeni qatarlar alacaq. O bildirib ki, istismar müddətinə görə qatarların siyasına baxıldıqdan sonra gələn il neçə qatarın alınması qərarlaşdırılacaq:

“Gələn il üçün yeni qatarların alınması gözlənilir. Sadəcə olaraq, hələ alınacaq qatarların sayı bəlli deyil”.

“Bakı Metropoliteni”nin “Xətai” stansiyasının təmirdən sonra açılışı olub. 

Bəxtiyar Məmmədov bildirib ki, metronun “Şah İsmayıl Xətai” adına stansiyası artıq sərnişinlərin istifadəsinə verilib. 

Qeyd edək ki, “Bakı metropoliteni”nin “Xətai” stansiyası ötən il sentyabr ayının 27-də təmirə bağlanmışdı.

Qeyd edək ki, 2019-cu ildə “Bakı Metropoliteni” 30 yeni vaqon alaraq istismara verib.