“SOCAR Turkey”də yeni təyinat olub

“SOCAR Turkey”də yeni təyinat olub
16:25 11-09-2019 | icon 68

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.

“SOCAR Turkey”dən “Report”a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.

Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O, Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.

Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsilə “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə ümumilikdə 14,2 milyard ABŞ dolları investisiya yatırıb.