GÖMRÜK–KARQO “OYUNUNUN” ƏSAS İŞTİRAKÇILARI KİMLƏRDİR? - “Can Karqo”, “Gültekin Nakliyyat”… 

GÖMRÜK–KARQO “OYUNUNUN” ƏSAS İŞTİRAKÇILARI KİMLƏRDİR? - “Can Karqo”, “Gültekin Nakliyyat”… 
09:34 21-06-2019 | icon 1320

Bu yaxınlarda bir neçə saytda özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanan məktubda deyilirdi ki, karqolar təkcə öz birbaşa vəzifələrilə, yəni sadəcə malların daşınmasıyla məşğul deyillər.

 Onlar, həm də idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər: “Ölkə rəhbərliyinin məlum qərarları ilə sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz “VÖEN”ləri vasitəsilə ödəyəcəklərdi. Və bununla da məlum karqo sistemi ləğv olunacaqdı. Hətta bu işə görə bir çox gömrük məmurları da dəyişdirildi. Bəs hanı karqoların məlum “xidmətləri” ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?…”

Eyni mövzu ilə bağlı “AzPolitika.info”-ya daxil olan və Mehmet Arılı adlı türkiyəli iş adamının adından DGK-ya və Vergilər Nazirliyinə ünvanlanan yeni məktubda isə qeyd olunur ki, karqo şirkətlərinin fəaliyyəti həm Azərbaycana mal ixrac edən, həm də həmin malı burada qəbul edən şirkətlərin saxtakarlığa yol verməsinə, nəticədə qeyri-sağlam rəqabət mühitinin yaranmasına xidmət edir: “2016-cı ildən bu günə kimi gömrük sistemində köklü islahatların getdiyini görürük və dəstəkləyirik. Lakin bəzi karqo şirkətləri öz köhnə adətlərindən əl çəkmirlər, köhnə və qanunsuz üsullarla işləməyə davam edirlər. Biz, Türkiyə dövlətində çalışan və kabel istehsalı ilə məşğul olan iş adamı Mehmet Arılının adından müraciət edirik. Biz, Azərbaycandakı bir neçə şirkətə kabel satışını həyata keçiririk. Bizimlə çalışan şirkətlər malın invoys dəyərini bank yolu ilə rəsmi qaydada bizim hesabımıza göndərirlər. Biz də bunun qarşılığında rəsmi invoysla malı ölkəmizdən ixrac edirik. Mal rəsmi invoysla Azərbaycana daxil olur, müştəri gömrük rüsumunu ödəyərək, malını çıxarır…”

1-KARQO

Ancaq məktubda deyilir ki, bəzi müştərilər türkiyəli iş adamlarından sənədləşməni karqolarla həyata keçirmələrini istəyirlər: “Bəzi müştərilərimiz malların karqoya verilməsini tələb edir, karqo şirkətinin yaratdığı şirkətin adına faktura kəsməmizi israr edirlər. Problem də bundan sonra başlayır. Karqo şirkəti bizə zəng edib malın onların yaratdığı şirkətin adına ixrac olunmasını və invoys dəyərinin yarıbayarı azaldılmasını, pulun bank yolu ilə deyil, əldən-ələ veriləcəyini şərt kimi qarşımıza qoyurlar. Biz də şirkət olaraq belə saxtakarlığa yol verə bilmirik. Çünki biz Azərbaycana rəsmi qaydada mal ixrac etdikdə 18% ƏDV-ni dövlətimizdən geri alırıq. Amma karqonun bu tələblərini yerinə yetirdikdə, ƏDV-dən məhrum olunuruq. Həm də Azərbaycanda rəsmi işləyən müştərimizi sıxıntıya salırıq…”

скачанные файлы

Daha sonra məktubda karqoların “xidmətinin” ölkəyə mal idxal edən şirkətlər üçün eyni malın fərqli qiymətlərə başa gəlməsinə və haqsız rəqabətə gətirib çıxardığı vurğulanır. Məktubda bu işlə məşğul olan karqo şirkətlərinin adları da çəkilir: “Bu səbəbdən rəsmi şəkildə mal idxal edən sahibkar, eyni malı karqonun əli ilə gətirən sahibkardan baha satış etdiyi üçün haqqsız rəqabət yaranmış olur. Həm sahibkar, həm də karqo bununla da vergidən yayınmış olurlar. Dünya təcrübəsinə görə, karqo şirkətləri yalnız malın daşınması üçün göstədikləri xidmətin haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini öz firmalarının adlarına həyata keçirməməlidirlər. Sizdə isə karqo şirkətləri bir tırın içərisinə 30-40 iş adamının malını yükləyib, karqo şirkətinin özünün yaratdığı 7-8 fiziki şəxsin adına gömrük dəyərini endirərək, Azərbaycana idxal edirlər.

images

Belə karqo şirkətlərindən Bakıda fəaliyyət göstərən “Can Karqo”, “Gültekin Nakliyyat” bu işlərin içindədirlər. Sizdən xahiş edirik ki, karqo şirkətlərinə nəzarəti gücləndirəsiniz və onların yalnız malların daşınması ilə məşqul olmasını və gömrük işlərindən kənarda qalmasını təmin edəsiniz…”

Məktubda qeyd olunanlardan belə anlaşılır ki, Azərbaycanda fəaliyyət göstərən bəzi karqo şirkətlərinin bu “xidmətlərindən” nəinki yerli, xarici şirkətlər də yaxşı xəbərdardır. Ancaq belə görünür ki, hamının xəbəri var, təkcə Dövlət Gömrük Komitəsindən başqa…

Gömrük Komitəsi açıqlama yaydı

teleqraf.com1438082167dovlet_gomruk_komitesi_041

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi “AzPolitika.info”da dərc olunan yazı ilə bağlı məlumat yayıb. Həmin məlumatda bildirilir: 

“Bəzi kütləvi informasiya vasitələrində daşıma ilə məşğul olan karqo şirkətlərinin fəaliyyətləri zamanı qanunsuzluqlara yol verməsi ilə bağlı məlumatlar dərc olunub və bu məlumatlarda məsələyə aidiyyəti olmadığı halda Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin adı hallandırılıb.

Belə ki, həmin məlumatlarda karqo şirkətlərinin daşıdıqları malların həm də  gömrük rəsmiləşdirilməsini həyata keçirdikləri, bu zaman malların qiymətinin aşağı göstərildiyi, saxta invoyslar tərtib etdikləri,  bu yolla da vergi və rüsumlardan yayındıqları, haqısz rəqabət yaratdıqları iddia edilir. Üstəlik, idxalla məşğul olan sahibkarların real invoyslar əsasında müstəqil şəkildə gömrük rəsmiləşdirilməsi apardıqları üçün daha çox vergi və rüsum ödədikləri və bunun da idxal etdikləri malların dəyərinin artmasına səbəb olduğu bildirilir.

Dövlət Gömrük Komitəsi və onun rəhbərliyi dəfələrlə bəyan edib ki, son illərdə gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri şəffaflığın, maliyyə intizamının təmin olunması, əlverişli biznes mühitinin yaradılması hesabına qanuni ticarətin inkişaf etdirilməsidir. Son dövrlərdə bu istiqamətdə informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovativ layihələr həyata keçirilib, vətəndaş-məmur təmasının minimuma endirilməsi üçün mühüm addımlar atılıb.

Görülən işlərin də əsas hədəfi xarici ticarətin qanunvericiliyə uyğun olaraq asan və sürətli şəkildə həyata keçirilməsidir.  Bu məqsədlə daşıyıcı şirkətlər, sahibkarlar, gömrük təmsilçiləri ilə dəfələrlə görüşlər keçirilib və bu görüşlərdə ticarətin qanuni yollarla həyata keçirilməsi, malların real dəyər əsasında tərtib olunan orijinal invoyslarla bəyan edilməsi, gömrük rəsmiləşdirilməsinin sahibkar və ya onun qanuni təmsilçisi tərəfindən aparılması mövzuları müzakirə olunub.

Bir sözlə, ölkəmizin gömrük orqanları xarici ticarət iştirakçılarına münasibətdə kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə eyni mövqedən yanaşır və başlıca meyar qanunvericiliyə əməl edilməsi, qanuni ticarətin inkişafıdır. Eyni zamanda, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanlarının birgə fəaliyyəti rəsmiləşdirmə prosesinin daha dəqiq həyata keçirilməsini təmin edir.

Üstəlik, kütləvi informasiya vasitələrində yayımlanan açıqlamalarda, sahibkarlar və onları təmsil edən qurumlarla keçirilən görüşlərdə dəfələrlə xarici ticarətlə məşğul olan şəxslərə mallarını karqo şirkətlərinin müdaxiləsi olmadan müstəqil və ya gömrük təmsilçiləri vasitəsilə bəyan etmək tövsiyə olunub.Ümumiyyətlə, idxal-ixrac əməliyyatlarında hər hansı qanunsuz əməllərə gömrük orqanlarının göz yumması ilə bağlı deyilənlər isə tamamilə böhtan xarakterli məlumatlardır”.

 Saytımız yazıda adı keçən şirkətlərin də mövqeyini dərc etməyə hazırdır.

Mənbə “AzPolitika.info”

 




1.9588141441345