Direktorun Təhsil Nazirliyindəki qohumu kimdir?

Direktorun Təhsil Nazirliyindəki qohumu kimdir?
19:23 30-05-2019 | icon 1404

Ağdam Rayon 14 nömrəli Texniki Fənlər Təmayüllü Məktəb Liseyə bir il öncə təyin olunmuş Zərif Mehtiyeva və onun həyat yoldaşı Ruslan Abbasov haqda yazmışdıq.

O Ruslan Abbasov ki, drektorların işə qəbulu üçün keçirilmiş imtahanda isə cəmi 11 bal toplayib. Ancaq həyat yoldaşının Eşqi Bağırovla yaxınlığı onun Ağdam, 65 saylı köçkün orta drektor təyinatı ilə nəticələnib.

Onu da qeyd etmişdik ki, Zərif Mehtiyeva Təhsil Nazirliyindəki korrupsioner məmurun “qara kassası”na çevrilib.
Müsabiqədən kənar direktor təyin olunmaq istəyəınlər onun qəbuluna yazılır. Artıq bir neçə nəfər Zərif Mehtiyevanın keçirdiyi “hərrac”da iştirak edib. Hərəsi 10-15 min manat ilkin ödənişlə.
Pis pullar deyil. Cəmi 500 manat maaşla təyin olunduğu “KİA” avtomobilini 40 min manata başqa necə almaq olardı ki?

Azerinfo.tv-yə verilən məlumata görə xanım direktorun himayədarları biz düşündüyümüzdən daha çox imiş.
Sən demə Tərtər regional təhsil idarəsinin maliyyə şöbəsinin müdri Malik Vəliyev Zərif Mehdiyevanın atasının əmisi oğludur. Ona əsas dəstək elə ondan gəlir. Təhsil Nazirliyindəki güclü bağlantılara görə də xanım Mehdiyeva məhz qohumuna borcludur.




9.6132969856262