Ziya Məmmədovun qardaşının əmlakları da satışa çıxarıldı

Ziya Məmmədovun qardaşının əmlakları da satışa çıxarıldı
23:06 05-05-2019 | icon 432

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədova məxsus əmlakların bir qismi satışa çıxarılıb. Bu barədə “Unikal” qəzetinə məlumatlı mənbələrdən xəbər daxil olub.

1497355218_1497352098_19114772_10208924459019018_1819940868_n

Xəbərdə deyilir ki, N.Məmmədova məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsindəki hərbi çağırışçıların Biləcəri toplanış məntəqəsi ilə üzbəüz yerləşən mülkü satılır. İri həyətyanı sahəyə də malik villaya 1 milyon 200 min manat satış qiyməti qoyulub. Mülkün özünün ümumi yaşayış sahəsinin isə 3 min kvadratmetrə yaxın olduğu deyilir.

3d

Bundan başqa, sabiq nazirin mərhum qardaşının yenə Biləcəri ərazisindəki, “Şamlıq” adlanan yerdəki böyük torpaq sahəsi də satışdadır. Məlumatda bildirilir ki, həmin hasarlanmış sahə 4 milyon manata satılır.

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun özünə məxsus əmlakın və obyektlərin də satılması müşahidə olunur. Bu ilin mart ayında sabiq “nəqliyyat şefi”nin Nardarandakı villasını çox ucuz qiymətə satdığı məlum olmuşdu. Bildirilirdi ki, Ziya Məmmədov uzun illərdir baş çəkmədiyi həmin villaya 310 min manat qiymət qoyub.

images
Daha əvvəl isə sabiq nazirin Biləcəri qəsəbəsində yerləşən başqa bir məşhur əmlakı “Delfin” hotel sökülmüşdü. Sözügedən hotelin sökülməmişdən əvvəl keçmiş nazir tərəfindən satıldığı bildirilirdi. Hətta bəzi iddialara görə, Z.Məmmədov “Delfin”lə vidalaşmaq fikrində deyilmiş, ancaq hansısa səbəbdən buna məcbur olub.




1.0205609798431