Qusarın Piral kənd məktəbində ÖZBAŞINALIQ - Direktor “Tərəqqi” medallı müəllimi nəfsinə qurban etdi - VİDEO

Qusarın Piral kənd məktəbində ÖZBAŞINALIQ - Direktor “Tərəqqi” medallı müəllimi nəfsinə qurban etdi - VİDEO
17:02 28-04-2019 | icon 1286

Qusar rayon Piral kənd tam orta məktəbinin kimya-biologiya müəllimi, “TƏRƏQQİ” medalı təltifçisi Qasımov İkram Robert oğlu Kainat.tv-nin elektron ünvanına müraciət ünvanlayıb.

Həmçinin şikayətçi, kütləvi narazılıq olan Piral məktəbinin direktoru ilə bağlı sensasion videomüsahibə göndərib. Millətinsəsi.info həmin videomusahibəni olduğu kimi oxuculara təqdim edir:

- Sizə məlum edim ki, mən ali məktəbi qırmızı diplomla bitirdikdən sonra Qusar rayon Piral kənd məktəbində pedaqoji fəaliyyətimə başladım. 21 ildir ki, fəaliyyət göstərirəm. Fəaliyyətimin mükafatı olaraq bir çox diplom və fəxri fərmanlarla təltif olunmuşam. 2006-cı il möhtərəm Prezidentimizin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. “Hədəf” kurslarının Fəxri müəllimi və xalqımızın hörmətli müəlliminə çevrildim. 

Amma məktəbimizin direktoru Kamran Gerasim oğlu Mikayılov mənə sanki düşmən kəsildi. O, nəinki mənimlə, hətta ailəmlə də qərəzlilik etməyə başladı. Vəzifəyə gələn kimi həyat yoldaşımı məktəbin kitabxanaçı vəzifəsindən qovaraq onu təhqir edib alçaltdı. Məktəbin bufetində işləyən yaşlı anama, ona kömək edən II qrup əlil bacıma təzyiq göstərmiş, külli miqdarda pul tələb edərək güc strukturları ilə onları hədələyirdi.

Anam - Gülarə Qasımova Rayon Təhsil Şöbəsinə, I vitse prezidentimiz Mehriban xanım Əliyevaya şikayət etdiyi üçün daha da qəzəblənən direktor mənə qarşı yalançı kompramat yığır, öz əlaltılarına imza atdıraraq mənə sarsıdıcı zərbələr endirdi. Mən uzun müddətli müalicədən təzəcə işə qayıtmağıma baxmayaraq, halıma acımır, qəddarlığı sayəsində yenidən xəstəlik vərəqəsinə çıxmağa vadar edir.

Kamran müəllim heç vaxt öz dərslərini tam tədris etmir, bizə də imkan vermir ki, sona qədər dərsi keçək. Öz kabinetinə çağırır, qorxu gəlir, öz iradəsinə tabe etməyə çalışır. Müəllimlərdən mütəmadi olaraq pul yığır və özünə Bakıda mənzillər alır. Hətta məndən də bir neçə dəfə pul alıb. Əksər qohum-əqrəbalarını yanında işlə təmin edib, koridorlarda “nəzarətçi” qoyur ki, bütün söz-söhbətləri ona çatdırsın.
Məni DTX, polis ilə qorxudur, uşağlarıma problemlər yaradacağını deyir, hətda ölümlə hədələyir. Deyir ki, sizi elə edəcəm ki, kənddən qaçmağa belə macal tapmayacaqsız.

Uşağlara müxtəlif işgəncələr verir. Mənim oğlumu yumruqla döydürmüşdü, dayım oğlu Elvini elə döymüşdür ki, ayaq üstə belə dura bilmirdi.
Kamran Mikayılov saxtakarlıq edərək hərbi xidmətdən yayınmış, “psixi xəstə” olmasına baxmayaraq məktəb direktoru vəzifəsinə qədər yüksələ bilmişdir. Onun “xəstə” fəaliyyətinin nəticəsidir ki, müəllimlər dərs demək istəmir, məktəbdən qaçırlar, bu da müəllimləri camaatın gözündən salır.

Məktəbin Həmkərlar İttifaqının hesabına və digər sahələrdən gələn pulların çox hissəsini mənimsəyir, yalançı imzalar qoymaqla biz müəllimləri aldatmaqdan çəkinmir.

Əvəzetmə saatlarına görə müəllimlərdən pul tələb edir, onun tələbini yerinə yetirən müəllimlərə təbii ki, dəymir. Onun bu saxta əməllərinə qarşı çıxanları Şura iclaslarında tənqid yox, təhqir atəşinə tutur. Bu və ya digər qanunsuz əməllərin nəticəsində mən xəstəxanalıq oldum. Uzun müddət müalicə aldım.

Hörmətli redaksiya sizdən xahiş edirəm ki, haqq-ədalət tələb etməkdə mənə yardımçı olun. Qoy Qusar rayon Piral kənd tam orta məktəbində direktorun haqsızlığından aidiyyatı qurumlar, xüsusən də ölkə başçısı xəbərdar olsun. Əminəm ki, bu müraciətimdən sonra Kamran Mikayılov öz layiqli cəzasını alacaq.




2.2386379241943