Mübariz Mənsimov: "Palmali Holding böyüməyə davam edir"

Mübariz Mənsimov: "Palmali Holding böyüməyə davam edir"
07:51 22-04-2019 | icon 847

"Günəşli bahar günündə bu gözəl xəbəri sizin də duymanızı istədim. Palmali Holding böyüməyə davam edir." Millətinsəsi.info xəbər verir ki, bunu Azərbaycanlı işadamı, Palmali Holdingin rəhbəri Mübariz Mənsimov öz Facebook səhifəsində paylaşdığı açıqlamada qeyd edib.

Daha sonra Palmali Holdingin rəhbəri Mübariz Mənsimov bunları bildirib:

"ABŞ və İndoneziyada ofislərimizi açdıq. Yeni müqavilələr, möhtəşəm anlaşmalarla sıralarımızı daha da genişləndirəcəyik. Daha 5 gəminin alınmasına imza atacağıq.

Yanımda sadiq və professional komanda olduğu müddətdə daha çox uğura imza atacaq, okeanlar aşacağıq. Bu arada qürurla elan etmək istəyirəm ki, Palmalidə çalışan azərbaycanlıların, gəmiçilərin sayı 10 mini ötdü. Biz birlikdə güclüyük! Bir olaq, birlik olaq!"

Mübariz Mənsimovdan böyük həmlə - ABŞ-da da ofis açdı

Mübariz Mənsimovdan böyük həmlə - ABŞ-da da ofis açdı

Mübariz Mənsimovdan böyük həmlə - ABŞ-da da ofis açdı




1.9073679447174