SOCAR-ın pulların xarici ölkələrdə böyük layihələr adı ilə kimlər göyə sovurur?

 SOCAR-ın pulların xarici ölkələrdə böyük layihələr adı ilə kimlər göyə sovurur?
20:01 14-04-2019 | icon 2171

“Heç iziniz də, tozunuz da qalmayacaq bu tarixdə, bu millətin cibindən, dövlətdən oğurladıqlarınız fitil-fitil gələcək burunuzdan” 

Azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov yazıb SOCAR-la bağlı. Əslində bu millətin, bu dövlətin cibinə girənlərin hər birinə aiddir. Bunu tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook profilində paylaşıb.

Daha sonra araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib ki, indi sifarişə oynayanlar düşüblər Mübaruz Mənsimovun üstünə, erməni, İŞİD izi axtarırlar. Ölkəni qazsız qoyub, erməni kilsəsinə qaz verənlərə susanların, Azərbaycanın talanan milyardlarına göz yumanlar SOCAR-ın müdafiəsinə qalxıblar.

O ayrı mövzudur ki, Rövnəq Abdullayevin oğlu Türkiyədə SOCAR-ın pullarını dədəsinin pulu kimi böyük tikinti layihələrinə sovurur, SOCAR TRADİNG-in rəhbəri Adnan Əhmədzadə və qardaşı neft pullarını "günəbaxan tumu" kimi çırtlayıb bahalı Lamborgini, Rolls-Roys avtomobilləri, milyon dollarlıq Jacob & Co Astronimia saatı alır, İngiltərədə, Ispaniyada şəxsi bizneslər qurur, Boss-Şelfin rəhbəri İxtiyar Axundov Amerikada, Miamidə qiyməti milyonlarla qiymətləndirilən mənzillərə sahib olur, şirkətlər açır, insanlarımızın bir tikə çörək üçün iş yerlərinə ehtiyacı olduğu halda milyardlar Adriatik sahillərində fantastik şəkildə dəbdəbəli layihələrə sovrulur,

Londonda Nobel üzərindən nə işlər çevrilir, Allahın keçmiş bir icra başçısının SOCAR-ı təmsil edən iki gədəsi Rumıniyada dələduzluqları ilə bütün Avropaya səs salır. Əlbəttə bunlar ayrılıqda diqqətinizə çatdırılacaq.

Amma hələlik, Rövnəq Abdullayevin SOCAR-ın siyasi gücə və imkanlarına söykənib zorluqla "Palmali"dən müsadirə etdiyi gəmilərin taleyi barədə faktlara diqqət yönəltmək istəyirəm. Rövnəq Abdullayev hələ ki, onların izini itirmyə çalışır. 18-25 million dollar dəyərində olan həmin gəmilərin bir neçəsi indi SOCAR-ın filoteliyasından ayrılıb və Rusiya bayrağı altında beynəlxalq sularda üzür.

Belə ki, SOCAR 7 sentyabr 2016-cı ildə Dubayda (vergidən azad zona) İsveçrə şirkəti kimi qeydiyyatdan keçirdiyi SOCAR Logistics DMCC vasitəsilə bir neçə gəmini Maltaya göndərib.

Rövnəq Abdullayev həmin gəmiləri yaxın adamı, əvvəllər BBC Konstruktion şirkətinin sahibi olmuş İlham Qədimzadənin adına qeydiyyatdan keçirdiyi 5 şirkətin ("Milagress", "Caminero" , "Prover", "Blue Lake Star" və "Planeo") sərəncamına verib. Gəmilər indi həmin şirkətlərin adı ilə tanınır.

Yeri gəlmişkən, İlham Qədimzadənin Polşada "NEWNET TECHNOLOGY" adı ilə qeydiyyatdan keçmiş şirkəti də var. İlham Qədimzadə 1997-ci ildə Hacı Məmmədovun cinayətkar dəstəsi tərəfindən girov götürülmüşdü və valideynlərindən külli-miqdarda pul tələb olunmuşdu. Onun atası Vaqif Qədimov Dövlət Neft Şirkətinin məsul işçisi idi, Hacı Məmmədovla dostluq münasibətləri olub, sonradan elə onun dəstəsi tərəfindən qətlə yetirilib.

SOCAR sözügedən gəmiləri Malta üzərindən Rusiyaya ötürüb. Belə ki, həmin gəmilər indi Dubayda qeydiyyatdan keçmiş SOCAR Logisticsin keçmiş əməliyyat müdiri Namiq Qədirovun və vaxtilə BP-nin Azərbaycan Xəzər regionundakı təmsilçisi olmuş Asim Mövsümzadənin şərik olduqları Fraxtmortrans OOO (Rusiya) şirkətinin icarəsindədir.

Bu şirkət 2016-cı ilin avqustun 17-də qeydiyyatdan keçirilib (dövlət qeydiyyatı nömrəsi: 1167746774601), 2017- ildə illik gəliri 1 milyard rubl (15,5 milyon dollar) civarındadır. Rövnəq ha desin ki, o şirkət mənim deyil, o gəmilər orda nə gəzir?

Yeri gəlmişkən Namiq Qədirovun adlna İsveşəxslərinçrədə də kiçik gəmiçilik şirkəti var.

P.S. Yazı da adları çəkilən şəxslərin və şirkətlərin nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmadığından, həm şəxslərində mövqeyin dərc etməyə hazırıq.

FB_IMG_1555259124434

FB_IMG_1555257503014

FB_IMG_1555257474027

FB_IMG_1555257496216

FB_IMG_1555257508477




1.6877422332764