Məcburi köçkün Prezidentdən və Mehriban xanımdan kömək istəyir - Məni həkimlər şikəst edib

Məcburi köçkün Prezidentdən və Mehriban xanımdan kömək istəyir - Məni həkimlər şikəst edib
14:52 13-04-2019 | icon 499

"Azərbaycanın səhiyyə sistemində, həqiqətən də, müəyyən qədər neqativ hallar var ".

Təbabət insan fəaliyyətinin dərin xüsusi biliklər tələb edən ən mürəkkəb formalarından biridir. Tibb işçiləri istehkamçılar kimi səhvə yol verməməlidirlər.

Amma müşahidələr göstərir ki, tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları az deyil. Hətta son vaxtlar Azərbaycanda belə hallar artıb.

Bəzən həkimdən narazı olanlar onları "Hippokrat andı"nı pozmaqda günahlandırırlar. Azərbaycanda həkimlərin səhvi nəticəsində əmək qabiliyyətini itirən, yaxud dünyasını dəyişən xəstələrin sayı artıb. Belə bir fikir var ki, əgər tibbi səhvə yol verilibsə, bu, artıq həkimin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

XİA.az-a müraciət edən Kəlbəcər rayon sakini Nazmaz Mamedov bildirir ki, o, ağrıları ilə bağlı Mərkəzi Klinika Gəncə Xəstəxanasına müraciət edib. Burada ona bildiriblər ki, təcili ürək əməliyyatı keçirməlidir. Əməliyyat edən həkimlər Vüqar Qapanov və Vüsal Səlahəddin onun səhətinin yaxşı olacağını bildirb. Amma heç də həkim verdiyi vədlər düzgün çıxmayıb. 

N. Mamedov bildirir ki, əməliyyatın qiyməti baha olduğundan o, yaxın qohumlarıdan birinin adına yüksək məbləğdə kredit götürərək xəstəxnaya pul ödəyib. Pul ödənildikdən sonra xəstə əməliyyat olunub. Bir müddət xəstəxnada qaldıqdan sonra evə buraxılıb və müalicəsi evdə davam etdirilib. 

Vətəndaşın sözlərinə görə onun ürəyinə qoyulan damar fəaliyət göstərmir. Damar işləməməsi ilə bağlı həkimə müraciət edən də həkim bildirir ki, işləməsədə olar, ehtiyyat damardı, durub orda. Əgər işləməsədə olardısa onda nədən bu həkimlər xəstəni əməliyat edərək yüksək məbləğdə pul ödənişi etdiriblər?

Məsələ ondadır ki, hazırda Namaz Mamedovun vəziyyəti heç də ürəkaçan deyil. O, hər gün ağrıdığını və sakitləşdirici dərmanların hesabına yaşadığını bildirir. Artıq dərman ala bilmədyini söyləyən N.Mamedov Prezidentə və birinci xanıma, səhiyyə nazirinə, Rövşən Rzayevə, Sahil Babayevə və Baş prokurorluğa bu məsələ ilə bağlı müraciət edib. 
Adıgedən məsələrlə bağlı yenidən məlumat verəcəyik. 
Qarşı tərəfində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.




0.48325896263123