Lerik icra başçıcı şikayətçilərin əlindən canını bu ”üsulla” çox xilas edir

 
lerik 
Icra başçısı isə problemlərə laqeyd yanaşır

Milletinsesi.info xəbər verir ki, Lerik rayonundan "Azadlıq”a müraciət daxil olub. Sabiq dövlət qulluqçusu, Jurnalistlər Birliyinin üzvü Ilham Polad Ibadlı rayondakı problemlərdən bəhs edib:

"Lerik rayonunda ucqar kəndlər çoxdur. Əslində,  rayondakı kəndlərin  böyük əksəriyyəti ucqar nöqtələrdə qərar tutub.  Kəndlərə gediş-gəlişdə böyük çətinliklər var. Sürücülər ciblərinin xeyrinə şəxsi reyslər təşkil edirlər. Ucqar kəndlərə maşınlar yalnız həftənin tək günləri işləyir. Nadir hallarda cüt günlərdə rayon mərkəziylə nəqliyyat əlaqəsi yaratmaq mümkün olur. Sürücülərin belə bölgü əsasında işləməsi rayon icra başçısına çox sərfəlidir. Çünki icra başçısının qəbulu həftənin ikinci günüdür. Həmin gün maşınlar kəndlərə əsasən işləmir. Icra başçısı da kəndlərdən gəlməli olan şikayətçilərin əlindən canını bu ”üsulla” çox asanlıqla xilas edir.

Lerikdə elə kəndlər var ki, ordan rayon mərkəzinə sürücülər 60-70 manata gedib gəlir. Üzləşdiyi problemlə bağlı rayon mərkəzinə şikayətə getmək istəyənlər bu məbləği verməlidirlər. Yoxsa xəstəsi olan evdə, şirkətə getməli olanlar isə yerindəcə evdə qalmalıdır. Başqa bir çıxış yolları da yoxdur. Hər ərazidə yüzlərlə insan işsizdir, onda vəziyyəti geniş təqdim etməyə ehtiyac belə qalmır.

Rayonda əhalinin taleyilə oynayanlar onların heç bir dərd-səriylə maraqlanmır. Yalnız özlərinin şəxsi bizneslərini qorumaq, onu gücləndirmək amalı ilə yaşayırlar. Bakıda və Milli Məclisdə əslən Lerik rayonundan olan və sözükeçən insanlar çoxdur. Amma nə fayda. Rayonda gəzən şayiələrə görə, icra başçısı Rövşən Bağırovu rayona şəxsən təyin etdirənlər bu vəziyyətdən xüsusilə "qürur” duyurlar.

Rayona nəqliyyatın işlədiyi günlərdə icra başçısının qəbuluna  düşməyə çox cəhd etmişəm. Mənə deyiblər ki, başçı yerində deyil. Icra hakimiyyətinin binasından qayıdarkən  adının çəkilməsini istəməyən bir şəxsin  verdiyi məlumata görə, başçı həmişə bu metodla işləyir”.

Xəbərin vaxtı: 02-05-2016
Oxunma sayı: 54

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...