"Məkr və məhəbbət" tamaşasının premyerası olacaq

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur 
Bakı Bələdiyyə Teatrında görkəmli alman şairi və dramaturqu Fridrix Şillerin "Məkr və məhəbbət" əsərinin premyerası olacaq. 
Səhnə əsərinin quruluşçu rejissoru, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Milletinsesi.info-ya açıqlamasında deyib ki, tamaşa mayın 3-də Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.
Onun sözlərinə görə, səhnə əsəri Bakı Bələdiyyə Teatrının 25 illik yubileyinə həsr olunub.
Tamaşada Bakı Bələdiyyə Teatrının aktyorları-əməkdar artistlər Əfqan Soltanov, Rafiq İbrahimov, Aydın Əliyev, Gülsabah Quliyeva, aktrisa Ülviyyə Rzayeva və başqaları çıxış edəcək.
Tamaşanın rəssamı Elşən Sərxanoğludur.

Xəbərin vaxtı: 29-04-2016
Oxunma sayı: 73

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...