Azərbaycanın Ostap Benderi



Bəhlul Orucoğlu

Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvü,

Qarabağ müharibəsi veteranı, ehtiyatda olan

Ədliyyə-mayoru şair-publisist.
 

Yaxud, maxinasiyalar (fırıldaqlar") kralı


Azərbaycan deyilən bu məmləkətdə sərvət (mal, mülk və s.) toplamaq üçün ya hakimiyyətdə vəzifə tutub, səlahiyyət sahibi olmalısan, yaxud da xüsusi istedadlı maxinator-fırıldaqçı...

Məmləkətimizin orta və yaşlı nəslin nümayəndələri, kinokomediya həvəskarları yəqin ki, "12 stul" filmindəki Ostap Benderi yaxşı xatırlaryırlar.

Bilməyənlərə xatırladım, bu filmdə şimal qonşumuz olan Rusiyanın ucqar vilayətlərinin birində keçən əsrin 20-ci illərində baş vermiş hadisələrdən və çox istedadlı fırıldaqçı və maxinator Ostap Benderin sərgüzəştlərindən bəs edilir.

Amma, Azərbaycanda Ostap Bender ilk dəfə 1993-cü ilin oktyabır ayında Aqrar Sənaye Bankının (ASB) Şəmkir şöbəsinin direktoru qiyafəsində peyda olub.

1995-ci ilin may ayına kimi həmin bankın direktoru işləyən Fazil Məmmədov saxta sənədlərlə bir-neçə bank əməliyyatı keçirərək milyonlarla sərvətə sahib olub.

Vəzifə pillələrində kosmik sürətlə irəliləyən Fazil Məmmədov hazırda (artıq 16 ildir) əvəzedilməz Vergilər Naziri statusuna malikdir. Bununla belə, Fazil müəllim öz köhnə şakərindən əl çəkə bilmir, müxtəlif konbinasiyalar qurmaqla sərvətini artırmaqdadır.

Son zamanlar Vergilər Nazirliyində aparılan islahatlar da, sözün həqiqi mənasında bu məqsədə xidmət edir. Belə ki, bu kadr yerdəyişmələrinin çox ciddi səbəbləri var. Deyilənlərə görə, 2015-ci ildə (12-19 iyun) keçirilən ilk Avropa Oyunları ilə bağlı Vergilər Nazirliyinin üzərinə çox ağır yük qoyulub. Bu yükün altından çıxmaq məqsədiylə Vergilər Nazirliyi vergi ödəyicilərinin müəyyən qismindən (ticarətçilərdən) 2016-cı ilin də "vergi borcu"nu alıb.

2016-cı ilin dövlət büdcəsinin 2 milyard manat artırılmasının da əsas yükü Vergilir Nazirliyinin üzərinə düşür. Bu səbəbdən də hörmətli Fazil müəllim kadr islahatları adı altında 2015-ci ildə sahibkarlardan 2016-cı il üçün alının "vergi borclarını" silmək istəyir. Yəni, yeni rəis sahibkardan (ticarətçilərdən) "pulu mənə verməmisən, heç nə bilmirəm, ödəniş etməlisən" deyərək, 2016-cı ilin hesabını tələb edəcək.

Bu isə vergi ödəyicisinin iki dəfə soyulması, son nəticədə isə müflis olması deməkdir. Belə ödəniş tələbləri də heç şübhəsiz ki, insanların hakimiyyətdən haqlı narazılığına səbəb olur və sonu heç də arzuolunmaz nəticələrlə yekunlaşa bilər. Bu elə bir zamanda baş verir ki, ölkəmizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənabları məmurlardan sahibkarlara dəstək olmağı, onlara süni maneələr yaratmamağı tələb edir.

Lakin çox təəssüflər olsun ki, bəzi harın məmurlar prezidentin bu tələb və çağırışını eşitmək istəmir, "burada mənəm, Bağdada kor xəlifə" prinsipi ilə işləməyə üstünlük verilər.

Sonda onu da qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda vəzifə kürsüsündə oturan "Ostap Bender"lərin sayı çoxalıb. Onların isə böyük əksəriyyəti xalqa yuxarıdan aşağı baxan, cinayətkar, xalqın qanını soran, mərhəmət hissini itirmiş manqurtlardır. Belə məxluqlarda isə nə milli mənafe təəssübkeşliyi, nə də qeyrət duyğusu olmur. Həmin məxluqların ətrafında (əhatəsində) olanlar da qayğısız, firavan həyat tərzi yaşayan, xalqa qarşı fironluq edən, sadə insanların hüquqlarını tapdalamaqdan həzz alan, onların haqqını basıb yeyən, haqq-ədalət hissini itirmiş məmurlar çetesidir.

Ölkə başçısının "heç kim toxunulmaz deyil" çağırışı da onlara dərs olmur, çox təəssüf!



Xəbərin vaxtı: 28-04-2016
Oxunma sayı: 953

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: