Məleykə Abbaszadə ixtisarlardan danışdı

meleyke_abbaszade 
Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının fəaliyyətinə nə vaxtdan rəsmi xitam veriləcəyini açıqlayıb.

Milletinsesi.info-nun məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri M.Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra ləğv ediləcək: "Dövlət İmtahan Mərkəzinin yaradılması ilə bağlı Prezidentin verdiyi fərmanda xüsusi bənd var. Orada qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv ediləcək. Hazırda biz bu istiqamətdə müəyyən işlər aparırıq. Bu işlər başa çatandan sonra – DİM dövlət qeydiyyatına alındıqda bu iki qurumun işinə xitam veriləcək”.

M.Abbaszadə hesab edir ki, bütün bu hüquqi prosedurlar bundan sonra hələ təxminən iki ay ərzində də davam edəcək: "Buna görə də hər iki qurumun öz fəaliyyətini tam olaraq, dayandırması təxminən iki aydan sonra mümkün olacaq. Hüquqi prosedurlar yəqin ki, iki ay çəkəcək”.


M.Abbaszadə DİM-in strukturu formalaşdıqdan sonra ləğv ediləcək TQDK və DQMDK-nın işçiləri arasında gözlənilən ixtisarların çox olub-olmayacağı barədə hələlik heç nə deyə bilməcəyini də söyləyib: "Çünki biz strukturu formalaşdırdıqdan sonra bu işə başlayacağıq”.

Xəbərin vaxtı: 28-04-2016
Oxunma sayı: 58

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...