SOCAR əlavə 400 mln. manat qazanacaq

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) optimallaşdırma işləri həyata keçirir.
Milletinsesi.info xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: "Ernst & Young" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində ayrı-ayrı birliklərdə, idarələrdə biznesin optimallaşdırılması, xərclərin aşağı salınması istehsalatın düzgün planlaşdırılması, informasiya texnologiyalarının tətbiq olunması hesabına kifayət qədər vəsaitə qənaət olunub". 
S.Qasımov qeyd edib ki, ilkin tədbirlər nəticəsində bu il və növbəti iki ildə şirkətin xərclərinin 350-400 mln. manata yaxın aşağı salınnması və gənaitin artırılması gözlənilir. 
SOCAR rəsmisi əlavə edib ki, şirkətin 9 idarəsində ümumilikdə 705 tədbir hazırlanıb. Vitse-prezident bildirib ki, optimallaşdırma işləri nəticəsində işçilərin sayı 75 mindən keçən il 52 500 nəfərə çatıb. Onun sözlərinə görə, onların 30%-ə qədərini mühəndis, qulluqçular və rəhbər işçilər, 70%-ni fəhlələr təşkil edir.
"Keçən ilin nəticəsinə görə, SOCAR-da ümumilikdə orta aylıq əmək haqqı 857 manat civarında olub. Aprel ayının 1-dən inflyasiya və devalvasiyanı nəzərə alaraq SOCAR işçilərinin əmək haqqı 10% artırılması ilə bağlı qərar qəbul edilib", - deyə S.Qasımov xatırladıb. 
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Azərbaycanda manatın devalvasiyası şirkətə 2015-ci ildə 1 mlrd. manatdan çox zərər yetirib. Lakin xarici valyutada olan aktvilərin dəyərinin manat ekvivalentində analoji həcmdə artması SOCAR-ın xalis olaraq ötən ili 0 mənfəətlə başa vurmasına səbəb olub.

Xəbərin vaxtı: 27-04-2016
Oxunma sayı: 29


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: