Sarkisyan danışıqlardan imtina etdi

 
"Ermənistan 5 Azərbaycana rayonu qaytarmağa hazır idi”.
Milletinsesi.info xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan "Bloomberg" agentliyinə açıqlamasında deyib. Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir  və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.
O, deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə "istənilən an” başlaya bilər. Danışıqların perspektivi çox azdır.
O, bildirib ki, 2011-ci ildə Kazanda Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları zamanı erməni tərəfi daxil beş rayonu qaytarmağa razı idi.  "Həmçinin biz sülhməramlıları  regionuna yerləşdirmək istəyirdik. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü", - deyə Sarkisyan bildirib.
Aprelin əvvələrində cəbhədə baş verənlərdən danışan Sarkisyan bildirib ki,  həmin vaxt Azərbaycan "yüzlərlə tank və minlərlə artilleriya qurğularını bölgəyə cəmləşdirib.
Sarkisyan deyib ki,  Ermənistan danışıqlardan imtina edir. "İndiki şəraitdə danışıq prosesinə qayıtmağı planlaşdırmırıq.
"Təhlükəsizlik  zəmanəti olmadan Ermənistan sülh danışıqlarına qayıtmayacaq. Çünki vəziyyət tamamilə başqadır”,-deyə o, bildirib.
Sarkisyan həmçinin qeyd etib ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov İrevana hər hansı yeni təkliflər gətirməyib.
"Lavrov yaxşı başa düşür ki,  dördgünlük müharibədən dərhal sonra danışıqların başlaması  heç bir məna daşımır", - deyə o, Ermənistan prezidenti bildirib.
Sarkisyan döyüşlər zamanı şimal və cənub istiqamətlərində bəzi mövqeləri itirdiklərini təsdiqləyib.


Xəbərin vaxtı: 25-04-2016
Oxunma sayı: 74

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: