Avropa İttifaqı Azərbaycana nəqliyyatla bağlı yeni təklif və layihələr təqdim edib

Azərbaycanın nəqliyyat nazirinin müavini Avropa Komissiyasının missiyası ilə görüşüb 
Azərbaycan Nəqliyyat Nazirliyində Avropa İttifaqı (Aİ) nümayəndə heyəti ilə görüş keçirilib. Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun Şərq Qonşuluğunda regional proqramlara məsul bölmənin başçısı Vassilis Maraqosun rəhbərlik etdiyi nümayəndə heyəti nazir müavini Musa Pənahovla görüşüb.
Nazirlikdən Milletinsesi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycanda yol-nəqliyyat kompleksi sahəsində həyata keçirilən infrastruktur layihələri, aparılan struktur islahatları barədə qonaqlara məlumat verilib. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdıran M.Pənahov ölkənin tranzit potensialının artırılması, tranzit daşımaların asanlaşdırılması istiqamətində tədbirlər görüldüyünü bildirib.
Görüş zamanı Azərbaycanda nəqliyyat sisteminin daha da inkişaf etdirilməsi, daşımaların təhlükəsizliyi, infrastrukturun yeniləşdirilməsinin vacibliyi vurğulanıb, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinin gələcək strategiyasına dair Aİ-nin təqdim etdiyi təkliflər və yeni layihələr ətrafında müzakirələr aparılıb.

Xəbərin vaxtı: 21-04-2016
Oxunma sayı: 57

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...