Təhsil Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edildi

 
Təhsil Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilib.

Milletinsesi.info-nun məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişiklik Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin dəyişməsi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Adi Məclisinin sədri Vasif Talıbovun 17 fevral 2016-cı il tarixli sərəncamı ilə Piri Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib və bu vəzifəyə Məmməd Qəribov təyin edilib. Bununla əlaqədar P. Nağıyev Təhsil Nazirliyinin Kollegiyasının üzvlüyündən çıxarılıb, onu M. Qəribov əvəzləyib. 

Xəbərin vaxtı: 19-04-2016
Oxunma sayı: 54

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...