SOCAR 1,5 mlrd. kubmetr qaz hasil edib

Bu göstərici ötən ilin yanvar-mart aylarından 4,5% azdır 
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 595,3 mln. kubmetr qaz hasil edib.
Milletinsesi.info SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-mart aylarından 4,5% azdır.
Hesabat dövründə SOCAR-ın hasil etdiyi qazın 547,8 mln. kubmetri mart ayının payına düşüb. Bu ayda hasil olunan təbii qazın həcmi ötən ilin mart göstəricisindən 5,6% az olub.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan üzrə ümumilikdə 7,471 mlrd. kubmetr qaz hasil olunub.

Xəbərin vaxtı: 19-04-2016
Oxunma sayı: 20


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: