"Yuventus"dan Evraya yeni təklif

 
"Yuventus" müdafiəçisi Patris Evraya yeni müqavilə təklif edib.

Milletinsesi.info-nun Qol.az-a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi fransalı futbolçunu daha iki il komandada saxlamaq niyyətindədir. 
 
Yeni müqavilə üçün rəhbərliyə təşəkkür edən 35 yaşlı futbolçu bunları bildirib: "Mənə dəyər verdiyi üçün rəhbərliyə təşəkkür edirəm. Klun mənə iki illik müqavilə təklif edib və bundan sonra hər şey məndən asılıdır. "Yuventus"da qalmasam belə, futbol oynamağa davam edəcəm. Xavyer Zanetti, Rayan Qiqqz və Paulo Maldini kimi 40 yaşımadək oynamaq istəyirəm".

Qeyd edək ki, Evra 2014-cü ildən "Yuventus"un şərəfini qoruyur. 

Xəbərin vaxtı: 09-04-2016
Oxunma sayı: 46

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...