Müdafiə Nazirliyi: "Ermənilərin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edildi"

 
Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.info-ya bildirilib ki, cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. Əks-hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. 

Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

Xəbərin vaxtı: 04-04-2016
Oxunma sayı: 100

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: